Azərbaycan yenə Avropa kubokuna ev sahibliyi edəcək

Azərbaycan növbəti dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa kubokuna ev sahibliyi edəcək.

Newsport.az-ın məlumatına görə, Avropa Cüdo Birliyinin rəsmi təqviminə daxil olan yarış mayın 4-5-də yenidən Göygöldə keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bildirib ki, yarışın regionda keçirilməsi cüdonun ölkəmizdə kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılması baxımından mühüm rol oynayır. O, bu turnirin yeniyetmələrdən ibarət yığma üzvlərinin öz peşəkarlıqlarını artırmaları, həmçinin yeniyetmələr arasında Avropa və dünya birinciliklərində iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacağını da vurğulayıb.

Avropa kuboku bitdikdən sonra iştirakçı ölkələrin idmançılarının iştirakı ilə mayın 6-8-də beynəlxalq təlim-məşq toplanışı təşkil ediləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right