30 min manatlıq çempionata start verilib

Bu gün kişi şahmatçılar arasında Azərbaycan çempionatına start verilib.

Newsport.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdiyi yarış 9 turdan ibarətdir.

İlk 4 yerin sahibi ikinci mərhələdə çempionluq uğrunda mübarizəni davam etdirəcək. 20 şahmatçının iştirak etdiyi turnirin reytinq favoriti Aydın Süleymanlıdır.

Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.

Çempionatın baş hakimi Lütfiyar Rüstəmovdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right