"Sərhədçi" pley-off yarışının bir addımlığında

Azərbaycan Basketbol Liqasında (ABL) 17-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, "Sərhədçi" İdman Mərkəzində baş tutmuş turun açılış oyununda "Xəzri" və "Sərhədçi" klubları üz-üzə gəliblər. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış "Xəzri" pley-off uğrunda mübarizə aparan "Sərhədçi" klubu ilə qarşılaşıb.

Oyuna fəal başlayan "Sərhədçi" rəqibi üzərində 98-70 hesablı qələbə qazanaraq, pley-off şanslarını artırıb. Bu turda "Sumqayıt" klubu "Sabah" kollektivinə məğlub olarsa, "Sərhədçi" pley-off yarışına vəsiqəni təmin edəcək.

Ən məhsuldar basketbolçular: "Xəzri" (Yusuf Mohəmməd - 24 xal, 4 ribaund ), "Sərhədçi" (Cəbrayıl Əkbərov - 18 xal, 8 ribaund) 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right