Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürür.
Newsport.az xəbər verir ki, turnirinin ilk günündə 2 çəki dərəcəsində 3 cüdoçumuz tatamiyə çıxacaq.
Kişilər arasında -60 kq. çəkidə Əhməd Yusifov, -66 kq. çəkidə Ruslan Paşayev və Rəşad Yelkiyev medallar uğrunda mübarizə aparacaq.