Bu gün Gürcüstanın paytaxtı Tiflis şəhərində “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.
Newsport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.
Xatırladaq ki, Azərbaycan yığma komandası yarışda 9 çəki dərəsində 11 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq.
Qadınlar
-48 kq.
Leyla Əliyeva – Katharina Tanzer (Avstriya)
-52 kq.
Gültac Məmmədəliyeva – Leonye Qonzalez (Fransa) / Binta Ndyaye (İsveçrə) görüşünün qalibi ilə
-57 kq.
Acelya Toprak – Nino Loladze (Gürcüstan)
Fidan Əlizadə – İrina Zueva (Fərdi Neytral İdmançılar) / Qvantsa Mtçedlişvili (Gürcüstan) qarşılaşmasının qalibi ilə
Kişilər
-60 kq.
Balabəy Ağayev – Vicay Kumar Yadav (Hindistan)
Turan Bayramov – Kvanq cin Çae (Şimali Koreya) / Andrea Karlino (İtalya) qarşılaşmasının qalibi
-66 kq.
Ruslan Paşayev – Qiqi Otyaşvili (Gürcüstan)
Rəşad Yelkiyev – Olu Kubaniçbek Aybek (Qırğızıstan)
-73 kq.
İbrahim Əliyev – Mark Xristov (Bolqarıstan)
-81 kq.
Məhərrəm İmamverdiyev – Asad Masabirov (Qırğızıstan)
Ömər Rəcəbli – Tomas Morales (Argentina)
-90 kq.
Elcan Hacıyev – Camal Petqrave (Böyük Britaniya) / Davit Ağasaryan (Amerika Birləşmiş Ştatları)
Vüqar Talıbov – Aleks Barto (Slovakiya)
+100 kq.
Uşanqi Kokauri – Marvin Qadeo (Monako)
Camal Qamzatxanov – Şoxruxxon Baxtiyorov (Özbəkistan)