Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə təlim-məşq toplanışı üçün Çinə yollanıb.
Newsport.az xəbər verir ki, yeniyetmə idmançı baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Çin millisinin Jenqdinq şəhərindəki təlim-məşq bazasında hazırlıq keçəcək.
Aprelin 1-dək davam edəcək toplanış Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
Qitə birinciliyi mayda Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq.