"Xəzri" vahid liderliyini qorudu

Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 15-ci turunda növbəti oyun gününün ilk qarşılaşması baş tutub.

Newsport.az xəbər verir ki, çempionatın güclü kollektivlərindən sayılan "NTD-İndiqo" son zamanlar yüksəlişdə olan "Sərhədçi" klubu ilə üz-üzə gəlib və 84-74 hesablı qələbəyə sevinib.

Ən məhsuldar basketbolçular: "NTD-İndiqo" (Qriffin Remmi - 22 xal, 11 asist), "Sərhədçi" (Tarık Vudi - 23 xal, 11 ribaund)

Günün ikinci oyunu Sərhədçi İdman Mərkəzində keçirilib. Pley-off zonasında qərarlaşmış "Xırdalan" çempionatın lideri "Xəzri" ilə qarşılaşıb. Oyun "Xəzri" nin 108-82 hesablı rahat qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular: "Xırdalan" (Zeyver Bryüer - 28 xal, 6 ribaund), "Xəzri" (Ceremi Maklaflin - 22 xal, 11 ribaund)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right