Milli Paralimpiya Komitəsində yeni təyinat

Milli Paralimpiya Komitəsinə yeni mətbuat katibi təyin olunub.

Newsport.az-ın məlumatına görə, bu vəzifə Fərid Qarazadəyə həvalə edilib.

O, 2016-cı ildə ölkəmizdə təşkil olunan UEFA U-17 Avropa çempionatının yerli Təşkilat Komitəsində çalışıb, UEFA AVRO-2020-nin Bakının ev sahibliyi etdiyi oyunların təşkilində media əməliyyatları üzrə direktor müavini olaraq fəaliyyət göstərib.

İdman mediası və idarəçiliyi ilə bağlı ölkə daxilində və xaricdə bir çox beynəlxalq yarışların təşkilində təcrübə keçib.

2022-ci ildən bu təyinatına qədər Qarazadə “Neftçi”nin Mətbuat və marketinq departamentində çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right