Millimiz Belçika və Avstriya ilə eyni qrupda

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək.

Newsport.az xəbər verir ki, qitə birinciliyinin seçmə mərhələsi 2024-25-ci illərdə baş tutacaq.

Turnirə bu ilin avqust ayında start veriləcək. Komandalar reytinqdəki yerlərinə görə qruplara bölünüblər.

Reytinqdə 26-cı olan Azərbaycan millisi B qrupunda Belçika (11-ci yer) və Avstriya (29-cu yer) ilə birgə mübarizə aparacaq.

Komandamız evdə və səfərdə olmaqla ümumilikdə dörd oyun keçirəcək. Qarşılaşmaların yarısı bu il avqustun 17-29-da, yarısı isə 2025-ci il avqustun 9-17-də təşkil olunacaq.

Qeyd edək ki, seçmə mərhələdə 21 yığma (7 qrup) çıxış edəcək və onlardan 12-si final mərhələsinə vəsiqə qazanacaq. Qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.

17-18 avqust 2024
Avstriya – Azərbaycan

24-25 avqust 2024
Azərbaycan – Belçika

13 avqust 2025
Belçika – Azərbaycan

16-17 avqust 2025
Azərbaycan - Avstriya





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right