Qadın həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyunların təqvimi müəyyənləşib.
Newsport.az-ın Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, matçlar üç fərqli gündə keçiriləcək.
XIII turun görüşündə autsayderlər “Bakı” və “Gənclər Birliyi” qarşılaşacaqlar. Bu duel martın 14-də olacaq.
Martın 16-da XIV turun bir matçı baş tutacaq. Lider “Qarabağ” ən yaxın izləyicilərindən olan “Azəryol”u sınağa çəkəcək. Bu qarşılaşma federasiyanın rəsmi “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.
Martın 17-də isə XII turdan təxirə salınmış “Kür” - “İdman Akademiyası” matçı gerçəkləşəcək.
İlk iki oyun “AHF Arenda”, son qarşılaşma isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olacaq.
Azərbaycan çempionatı
14 mart
XIII tur
17:00. “Bakı” – “Gənclər Birliyi”
16 mart
XIV tur
12:00. “Qarabağ” – “Azəryol”
17 mart
XII tur
“Kür” – “İdman Akademiyası”