Cokoviçdən şok məğlubiyyət

İndian-Velsdə keçirilən tennis turnirində ilk sensasiya baş verib. Dünya reytinqinin bir nömrəsi Novak Cokoviç gözlənilmədən Luka Nardiyə məğlub olub. Dünya reytinqində 123-cü sırada qərarlaşan italyan tennisçi 3 setdə qalib gəlib – 6:4, 3:6, 6:3. Oyun 2 saat 20 dəqiqə davam edib. Bu müddət ərzində Cokoviçin aktivində 4 eys və 2 breyk-point var.

Növbəti mərhələdə Nardi amerikalı Tommi Polla qarşılaşacaq. Dünya reytinqinin 17 nömrəsi Uqo Umber üzərində qələbə qazanıb.

Xatırladaq ki, turnirə bu həftənin sonunda yekun vurulacaq. “Masters” turnirinin mükafat fondu 8,9 milyon dollara bərabərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right