“Sabah” kimi komandanı udduğumuz üçün çox xoşbəxtik”

“Sərhədçi” basketbol klubunun baş məşqçisi Evren Alkaya “Sabah”ı 87:82 hesabı ilə məğlub etdikləri Azərbaycan kuboku oyununu dəyərləndirib.

Newsport.az xəbər verir ki, türkiyəli mütəxəssis qələbənin səbəbini açıqlayıb. O, görüşə yaxşı hazırlaşdıqlarını və bunun bəhrəsini gördüklərini bildirib:

“Çətin matça hazırlaşmışdıq. “Sabah”ın çox dəyərli yerli və əcnəbi oyunçuları var. 4-5 gün dincəlmədən məşq etdik. Uşaqlarla bütün detalları çalışdıq. Çox şükür, müdafiədə çox uğurlu olduq. Ümidvaram ki, davamını gətirərik. “Sabah” kimi dəyərli baş məşqçisi və oyunçuları olan komandanı udduğumuz üçün çox xoşbəxtik. Onlara digər matçlarında uğurlar arzulayıram”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right