"Sabah"dan gözlənilməz məğlubiyyət

Azərbaycan Kubokunda B qrupun iki matçı baş tutub.

Newsport.az xəbər verir ki, "Gəncə" "NTD-İndiqo"ya uduzub. 

Xaçmaz təmsilçisi rəqibini 98:75 məğlub edib. Bununla da, "NTD-İndiqo" növbəti mərhələyə adlayıb. 

Azərbaycan çempionu "Sabah" isə "Sərhədçi" ilə üz-üzə gəlib. Bu görüşdə "Sərhədçi" 87:82 hesablı qələbə qazanıb. Belədə, onlar qrupdan çıxmaq üçün şans əldə ediblər. Son turda "NTD-İndiqo" "Sabah"a qalib gələrsə, "Sərhədçi" yarımfinala adlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right