"Neftçi" və "Xəzri" kubokun yarımfinalında

Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda növbəti iki oyun keçirilib.

Newsport.az xəbər verir ki, günün ilk oyunu "Neftçi" və "Cəlilabad" komandaları arasında baş tutub. Qarşılaşma "Neftçi" klubunun 82-71 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə ilə "Neftçi" qrupdan çıxmağı təmin edib.

Ən məhsuldar basketbolçular: "Neftçi" (Ceyms Haforn - 17 xal, 7 ribaund), "Cəlilabad" (Rişon Conson - 18 xal, 6 ribaund)

Günün ikinci oyununda qrupun lideri "Xəzri" "Xırdalan" ilə qarşılaşıb. Oyunu 75-64 hesabı ilə qalib tamamlayan "Xəzri" kubokun yarımfinalına vəsiqəni təmin edib.

Ən məhsuldar basketbolçular: "Xırdalan" (Cakori Arçi - 21 xal, 8 ribaund), "Xəzri" (Ceremi Maklaflin - 22 xal, 17 ribaund) 

Qeyd edək ki, A qrupunu lider tamamlamaq uğrunda oyun "Xəzri" və "Neftçi" klubları arasında baş tutacaq





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right