Los-Anceles komandalarından fərqli nəticə

MBA-da bu gecə 6 oyun keçirilib.

Yannis Antetokumbonun yoxluğuna baxmayaraq, “Miluoki Baks” doğma arenada “Los-Anceles Klippers”i məğlubiyyətə uğradıb – 113:106. Görüşün qəhrəmanı 41 xal toplayan Demian Lillard olub.

Qərb konfransının digr lideri “Minnesota Timbervulvs” isə qalib gəlib. Onlar “Portlend Treyl Bleyzers” üzərində 119:114 hesablı qələbə qazanıblar.

“Bruklin Nets” evdə “Memfis Qrizliz”lə bacarmayıb – 102:106. “Yuta Caz” isə “Vaşinqton Vizards”ı 127:115 hesabı ilə məğlub edib. Markanenin yoxluğunda Sekston 29 xal toplamaqla ən məhsuldar basketbolçu olub.

“Sakramento Kinqs” evdə “Çikaqo Buls”a uduzub – 109:113. Meydan sahiblərinni heyətində Domantas Sabonis 21 ribaund edib. Qonaq komandada 37 xal toplayan Veyt diqqət çəkib.

Los-Ancelesin digər komandası “Leykers” “Oklahoma-Siti Tanders” üzərində qələbə qazanıb – 116:104. Həm Devis, həm də Ceyms oyunda dabl-dabl edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right