Azərbaycan millisi Litvaya qarşı

Bu gün qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda dördüncü oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, millimiz Vilnusda Litva ilə qarşılaşacaq.

Görüşə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Bundan əvvəl Azərbaycan öz meydanında Litvanı məğlub edib (35:33), Şimali Makedoniyaya səfərdə (17:40), evdə İspaniyaya (18:38) uduzub.

5-ci qrupda komandaların mövqeyi belədir: İspaniya – 6 xal, Şimali Makedoniya – 4, Azərbaycan – 2, Litva – 0

Millimiz növbəti oyununu aprelin 3-də Bakıda Şimali Makedoniya yığmasına qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right