"Neftçi" kubokun ilk oyununda qələbəyə sevindi

Bu gün Sərhədçi İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda iki oyun keçirilib.

Newsport.az xəbər verir ki, günün ilk oyunu "Neftçi" və "Sumqayıt" komandaları arasında baş tutub. Favorit "Neftçi" rəqib üzərində 87-76 hesablı qələbə qazanıb.

Ən məhsuldar basketbolçular: "Neftçi" (Alfonso Styuart - 21 xal, 8 ribaund), "Sumqayıt" (Roderik Smit - 21 xal, 9 ribaund)

Günün ikinci oyununda çempionatın lideri "Xəzri", "Cəlilabad" klubu ilə qarşılaşıb. Paytaxt klubu bu oyunda çətinlik çəkmədən 86-69 hesablı rahat qələbə qazanıb. Bu kubokda "Xəzri" nin ardıcıl ikinci qələbəsi olub.

Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins- 20 xal, 9 ribaund), "Cəlilabad" (Zaur Paşayev - 21 xal, 6 asist)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right