Çimərlik futbolunda dünya çempionu müəyyənləşdi

Dubayda çimərlik futbolu üzrə dünya çempionatına yekun vurulub. Braziliya milli komandası finalda   İtaliyaya 6:4 hesabı ilə qalib gələrək 15-ci dəfə dünya çempionu olub. Oyunun 17-ci dəqiqəsində italyanlar qırmızı vərəqə alaraq azlıqda qalıblar.

3-cü yer uğrunda oyunda İran seçməsi Belarusdan üstün olaraq bürünc medalları qazanıb. Belarus millisinin üzvü Briştel dünya çempionatının ən yaxşı bombardiri olub.

Xatırladaq ki, çimərlik futbolu üzrə dünya çempionatı 1995-ci ildən keçirilir. Sonuncu dəfə braziliyalılar 2017-ci ildə Baham adalarında keçirilən mundialda titul qazanmışdılar. Ondan sonrakı çempionatlarda isə yarımfinala belə çıxa bilməmişdilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right