Alonso Həmiltonu əvəz edə bilər

Britaniyalı jurnalist Endryu Benson “Mersedes”də Lyuis Həmiltonu Fernando Alonsonun əvəz edə biləcəyini qeyd edib.

“Dəqiq deyə bilərəm ki, Fernando komandanın əsas məqsədlərindən biridir. Bunu qəti əminliklə söyləyə bilərəm.

Hazırda komandada yeni baş direktor var. Lyuisin gedişi müəyyən qədər narahatlıqlar yaradıb. Ancaq bunu aradan qaldırmağın ən yaxşı yolu Alonsonu gətirməkdir. “Mersedes” bunu gözəl anlayır”, – deyə Benson açıqlayıb.

Xatırladaq ki, “Mersedes” keçən il Mühəndislər Kubokunda “Red Bull”dan 400 xaldan artıq geri qalmaqla ikinci pilləni tutmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right