Azərbaycan güləşçilərindən daha 3 medal

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Newsport.az xəbər verir ki, Azərbaycanın daha 5 sərbəst güləşçisi mübarizəyə qoşulub, 3-ü isə medal görüşünə çıxıb.

Avropa çempionu Maqomedxan.Maqomedov finalda Gürcüstan təmsilçisi Givi Matçaraşviliyə məğlub olub. Bürünc medal uğrunda görüşlərdə İslam Bazarqanov ukraynalı Kamil Kərimova, Əli Rəhimzadə fransalı  Həmzət Arsamerzuyevə qalib gəlib.

Bu gün mübarizəyə qoşulan güləşçilərdən  Nürəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kq)  bürünc medal uğrunda yarışmaq hüququ qazanıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycan millisi Avropa çempionatında ümumilikdə 9 medal qazanıb. Yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub. Qadın güləşçilərdən isə Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar, Elis Manolova (65 kq) bürünc mükafata yiyələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right