Avropa çempionatı: 5 güləşçimiz mübarizəyə başlayır

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Newsport.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə yarışlarda son 5 çəkidə mübarizə başlayacaq. Azərbaycan millisinin 5 üzvü də medallar uğrunda mübarizəyə qoşulacaq.

61 kq

Nürəddin Novruzov təsnifat mərhələsində xalçaya çıxacaq. O, Vladimir Yeqorovla (Şimali Makedoniya) üz-üzə gələcək.

74 kq

Turan Bayramov 1/8 final sınağına çıxacaq. Onun rəqibi Zəlimxan Xadjiyev (Fransa) olacaq.

86 kq

Arseniy Djioyevin ilk görüşü təsnifat mərhələsində olacaq. Güləşçimiz Matyu Finesilveri (İsrail) sınağa çəkəcək.

92 kq

Osman Nurmaqomedov təsnifat mərhələsində mübarizə aparacaq. O, Maqomed Kurbanovla (AİN) qarşılaşacaq.

125 kq

Georgi Meşvildişvili 1/8 finalda xalça üzərinə çıxacaq. Onun rəqibi Lyova Gevorqyan (Ermənistan) olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right