Millimiz Avropa çempionatında 4-cü yeri tutdu

Qadın güləşçilərdən ibarət Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında komanda hesabında 4-cü yeri tutub.

Newsport.az xəbər verir ki, yığma 2 qızıl, 1 bürünc medalla buna nail olub.

Aktivinə 83 xal yazdıran kollektiv 27 komanda arasında 4-cü pillədə qərarlaşıb. Komanda hesabında 1-ci yeri 147 xalla Ukrayna tutub. Türkiyə (142) ikinci, Rumıniya (101) isə üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elis Manolova (65 kq) bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right