“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu bürünc medal görüşünə çıxacaq

Azərbaycanın 4 cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində medal şansını davam etdirir.

Newsport.az-ın məlumatına görə, Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Aydan Vəliyeva (52 kq) bu gün bürünc mükafat uğrunda görüşə çıxacaqlar.

Balabəy Ağayev (60 kq) - Kamoliddin Baxtiyarov (Özbəkistan)

Yaşar Nəcəfov (66 kq) – Villian Lima (Braziliya)

Rəşad Yelkiyev (66 kq) – Rüfət Aleskerov (AIN)

Aydan Vəliyeva (52 kq) – Ariane Toro Soler (İspaniya)

Qeyd edək ki, Azərbaycan yığmasının bu gün mübarizəyə qoşulan digər 11 cüdoçusu uğursuz nəticə göstərib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right