Azərbaycanın həndbol hakimləri Avropa Kubokunun 1/8 final oyununa təyinat alıblar

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyası tərəfindən avrokubok oyununa təyinat alıblar.

Newsport.az-ın məlumatına görə, onlar kişilər arasında Avropa Kubokunun 1/8 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.

Bu, Bosniya və Herseqovinanın “Voqoşka” və Rumıniyanın “Minamur Baya Mare” komandaları arasında keçiriləcək cavab görüşünə təsadüf edəcək. Qarşılaşma fevralın 18-də Voqoşka şəhərindəki “Sportska Dvorana Amel Beçkoviç” zalında təşkil olunacaq.

Qeyd edək ki, komandalar arasında Rumıniyada baş tutan ilk oyunda “Minamur Baya Mare” 36:26 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right