“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”

Avropa ikincisi Rəşad Məmmədov (55 kq) Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Newsport.az sizi həmin fikirlərlə tanış edir:

“Bu, mənim ilk Avropa çempionatım idi. Hər yarışda olduğu kimi, burada da həyəcan var idi. Çox şükür, bunun öhdəsindən gələ bildik. Rumıniya və Gürcüstan güləşçilərinə qalib gələrək finala yüksəldim. Finalda Moldova idmançısıyla qarşılaşdım. Hesabda 3:0 öndə idim. Bir az tələskənliyə yol verdim. Gələn dəfə bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right