“Zirə” ardıcıl 10-cu qələbə

Minifutbol üzrə Azərbaycan çempionatında 10-cu tura yekun vurulub.

Newsport.az xəbər verir ki, ikinci gündə daha 4 oyun keçirilib.

Lider “Zirə” ardıcıl 10-cu qələbəsini qazanıb. Komanda bu dəfə “Abşeron”u 3 cavabsız qolla məğlub edib.

“Zirə”nin ən yaxın izləyiciləri “Birbaşa Bakı” ilə “Odlar Yurdu”nun duelindən birincilər qalib ayrılaraq, ikinci pilləyə yüksəliblər.

“Abşeron” – “Zirə” 0:3
“İnter” – “Real Bakı” 3:3
“Birbaşa Bakı” – “Odlar Yurdu” 4:1
“Dirçəliş” – “Veteran” 1:4

Qeyd edək ki, bir gün əvvəl keçirilən oyunlarda “Turan” “Dinamo Gəncə”yə (4:3), “Aznur” “Baku Fire”yə (4:3), “Sumqayıt” “Atəşgah Suraxanı”ya (8:2) qalib gəlib, “Siyəzən”lə “Galaxy Baku” heç-heçə (2:2) ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right