Avropa çempionatı: 3 qadın güləşçi mübarizəyə başlayacaq, 2-si final görüşünə çıxacaq

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün qadın güləşçilər döşək üzərinə çıxacaqlar.

Jalə Əliyeva (57 kq) və Elis Manolova (65 kq) təsnifatda müvafiq olaraq Erika Boqnar (Macarıstan) və Nikoleta Barmpa (Yunanıstan) ilə üz-üzə gələcəklər. Birgül Soltanovanın (62 kq) 1/8 finaldakı rəqibi isə Qreys Yakob Bullen (Norveç) olacaq.

Mariya Stadniklə (50 kq) Alyona Kolesnik (59 kq) isə final görüşünə çıxacaqlar. Stadnik karyerasında 10-cu, Kolesnik isə ilk Avropa çempionluğunu qazanmağa çalışacaq. Onlar həlledici dueldə müvafiq olaraq Evin Demirhan (Türkiyə) və Alina Filipoviçi (Ukrayna) sınağa çəkəcəklər.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right