Azərbaycan çempionatlarında növbəti turun proqramı bəlli oldu

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında 8-ci turun proqramı bəlli olub.

Newsport.az-ın məlumatına görə, qadınların mübarizəsində tur “Bakı” – “Kür” oyunu ilə start götürəcək. Yanvarın 27-də gerçəkləşəcək qarşılaşma saat 10:00-da başlayacaq.

Yanvarın 28-də, saat 10:00-da “İdman Akademiyası” – “Azəryol”, 12:00-da isə “Gənclərbirliyi – “Qarabağ” görüşləri gerçəkləşəcək.

Kişilərin yarışında yanvarın 27-də, saat 12:00-da “Təhsil” – “Kür”, saat 14:00-da “Qarabağ” – “Azəryol” oyunları baş tutacaq. Növbəti gün isə saat 14:00-da “Dinamo” və “İdman Akademiyası” kollektivləri meydançaya çıxacaqlar.

Bütün matçlar “AHF Arena”da təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right