Yığmamızın qran-priyə gedəcək heyəti açıqlandı

Azərbaycan cüdoçuları 26-28 yanvarda Portuqaliyanın Odivelas şəhərində keçiriləcək qran-pridə iştirak edəcəklər.

Newsport.az xəbər verir ki, üç gün davam edəcək turnirdə 93 ölkədən 660 idmançı medallar uğrunda mübarizə aparacaq.

Azərbaycan millisi yarışda qadınlar və kişilər arasında 9 çəki dərəsində 16 idmançı ilə təmsil olunacaq.

Cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərliyi altında çıxış edəcək.

Qadınlar
-48 kq.
Könül Əliyeva
-52 kq.
Aydan Vəliyeva
Gültac Məmmədəliyeva
-57 kq.
Fidan Əlizadə
Acelya Toprak

Kişilər
-60 kq.
Balabəy Ağayev
Turan Bayramov
-66 kq.
Yaşar Nəcəfov
Kamran Süleymanov
-73 kq.
Rəşid Məmmədəliyev
Nurlan Osmanov
-81 kq.
Səid Mollayi
Zelim Tçkayev
-90 kq.
Elcan Hacıyev
Vüqar Talıbov
+100 kq.
Uşanqi Kokauri





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right