“Rəqib ev sahibliyi üstünlüyündən uğurlu istifadə etdi”

“Rəqib ev sahibliyi üstünlüyündən uğurlu istifadə etdi”.

Newsport.az-ın məlumatına görə, bunu “Xəzri” komandasının kapitanı Amil Həmzəyev Azərbaycan Basketbol Liqasının 11-ci turunda 96:89 hesabı ilə məğlub etdikləri “Gəncə” ilə səfər oyunu barədə danışarkən deyib.

Klubun mətbuat xidmətinə fikirlərini bölüşən basketbolçu çətin qalibiyyət əldə etdiklərini bildirib: “Oyun gərgin keçdi. Görüşə yaxşı başlamışdıq. Matçdan öncə də başabaş mübarizə olacağını gözləyirdik. “Gəncə” pley-off şansını saxlamaq üçün daha əzmlə mübarizə aparsa da, təcrübəmizi ortaya qoyaraq qalib gəlməyi bacardıq”.

Qarşılaşmada 21 xal, 12 ribaund, 3 assistlik performans sərgiləyən Azərbaycan millisinin üzvü öz çıxışını da dəyərləndirib: “Bu, təkcə mənim yox, həm də komanda yoldaşlarımın əziyyətinin bəhrəsidir. Yaşımı da nəzərə alsaq, ümumi olaraq yaxşı formadayam. Qarşıdan millinin oyunları gəlir. Ümid edirəm ki, orada da yaxşı çıxışımı davam etdirəcəyəm. Hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.

Xallarının sayını 20-yə çatdıran “Xəzri” turnir cədvəlində liderliyə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right