“Sumqayıt” “Xırdalan”a məğlub oldu, “Xəzri” liderliyə yüksəldi

“Xəzri” klubu Azərbaycan Basketbol Liqasında liderliyə yüksəlib.

Newsport.az-ın məlumatına görə, komanda bu gün çempionatın 11-ci turundə səfərdə “Gəncə”ni məğlub edib.

Qarşılaşma qonaqların 96:89 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu gün 11-ci turun daha bir oyunu keçirilib. Günün ikinci matçında “Xırdalan” “Sumqayıt”ı 100:90 hesabı ilə məğlub edib.

“Xəzri” 20 xalla turnir cədvəlinə başçılıq edir. “Xırdalan” 17 xalla beşincidir. “Gəncə” və “Sumqayıt”ın isə 14 xalı var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right