Bö həmyerlisinin rekorduna bir addım da yaxınlaşdı

Yoxannes Bö Antxolsda keçirilən Dünya Kubokunda qısaldılmış mərhələnin qalibi olub. Bu, norveçli biatlonçunun karyerasında 78-ci qələbədir. Ümumilikdə isə onun 120 podiumu var (78-22-20).

Marten Furkadın nəticəsinə çatmaq üçün Yoxannesə daha 5 qələbə lazımdır. Əfsanəvi fransız idmançı karyerasında 83 dəfə qələbə qazanmışdı. Ən yaxşı nəticə isə Ule-Eynar Byorndalendədir. Norveçli atlet karyerası ərzində 95 qələbə qazanıb.

İtaliyanın Antxols şəhərindəki mərhələnin gümüş mükafatçısı Yoxannesin qardaşı Tarey olub. Bununla da o, 64-cü dəfə podiuma yüksəlib (13-22-29).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right