“NTD-İndiqo” klubunun basketbolçusu: “Rəqibləri güclü və zəiflərə ayırmırıq”

“Rəqibləri güclü və zəiflərə ayırmırıq”.

Newsport.az-ın məlumatına görə, bunu “NTD-İndiqo” klubunun basketbolçusu Əkbər Məmmədov Azərbaycan Basketbol Liqasının XI turunda “Sabah”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşərkən bildirib.

24 yaşlı idmançı turun mərkəzi oyununda qələbə hədəflədiklərini söyləyib: “Doğma divarlar" arasında, Xaçmazda oynayacağıq. Əlbəttə, qələbə qazanmaq istəyirik. Hər oyuna həlledici duel kimi baxırıq və tam gücümüzlə çıxış edirik. Birinci dövrədə “Sabah”a uduzmuşuq. Bu məğlubiyyətdən sonra nəticə çıxardıq. Qarşıdakı görüşə ciddi hazırlaşırıq”.

Azərbaycan millisinin üzvü X turda 104:95 hesabı ilə qalib gəldikləri “Sumqayıt”la matçı da dəyərləndirib: “Qış fasiləsindən sonra bütün komandalar çətinliklərlə üzləşirlər. Legionerlər vətənlərinə getmişdilər. “Sumqayıt”la oyunda üç hissəni yaxşı keçirdik. Hər şey istədiyimiz kimi gedirdi. Ancaq dördüncü hissədə sanki rahatlaşdıq. Səhvlər buraxdıq və rəqib hesabda bizə çata bildi. Müdafiədə problemlər yaşadıq, çünki hücumda ardıcıl xallar qazanırdıq. Buna baxmayaraq, vacib qələbə qazana bildik”.

Qeyd edək ki, “NTD-İndiqo” – “Sabah” görüşü yanvarın 21-də keçiriləcək. Hazırda hər iki komanda 19 xalla turnir cədvəlində ilk iki pilləni bölüşür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right