Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti təyinat alıblar.

Newsport.az-ın məlumatına görə, Zaur Hacıyev qadın voleybolçular arasında Çağırış Kubokunda 1/4 final mərhələsinin matçında iş başında olacaq.

O, Türkiyənin “Nilüfər Bələdiyə Bursa” və Rumıniyanın “C.S.M. LUGOJ” klublarının qarşılaşmasında ikinci hakim olacaq. İlk görüşdə qonşu ölkə təmsilçisi səfərdə qələbə qazanıb – 3:1.

Digər beynəlxalq dərəcəli hakim Fuad Ağayev isə CEV kubokunda pley-off mərhələsinin oyununu idarə edəcək.

O, kişi voleybolçulardan ibarət Türkiyənin “Fənərbaxça” və Ukraynanın “Prometey” klublarının cavab matçında ikinci hakim funksiyasını yerinə yetirəcək. İlk görüş Ukrayna klubunun qələbə ilə yekunlaşıb – 3:1.

Qeyd edək ki, hər iki oyun bu gün gerçəkləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right