“Cəlilabad”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətin səbəbini açıqlayıb

“Cəlilabad” klubunun baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının XI turunda “Neftçi”yə 63:72 hesablı məğlubiyyətin səbəbini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, mütəxəssis bunu heyətdəki zədəlilərin çoxluğu ilə əlaqələndirib: “Neftçi”yə qarşı xüsusi planlarımız var idi. Əsasən rəqibin mərkəz oyunçusunu bağlamağa çalışırdıq. Heyətimiz tam deyildi, itkilərimiz var idi. Seyidhüseyn Eynullayev və Kobi Tomasın zədəsinin üstünə ikinci hissə başlayan kimi Camani Pirsin zədəsi də gəldi. Camani ən güclü oyunçularımızdan biridir. Matçı onsuz davam etdirmək bizə əlavə çətinlik yaratdı və bu itkilərin nəticəsində dördüncü periodda fiziki cəhətdən çatdırmadıq. Yekunda məğlub olduq”.

Qeyd edək ki, “Cəlilabad” hazırda 15 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right