Nicat Abbasovun da yarışacağı turnirin mükafat fondu

FİDE Torontoda (Kanada) keçiriləcək şahmat üzrə  İddiaçılar Turnirində veriləcək pul mükafatının məbləğini açıqlayıb.

Newsport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasovun da karyerasında ilk dəfə çıxış edəcəyi turnirin ümumi mükafat fondu 500 min avro (təqribən 930 min manat) təşkil edəcək.

Yarışın qalibi 48 min avro (təxminən 90 min manat), 2-ci yerin sahibi 36 min (təqribən 67 min manat), 3-cü yerə çıxan şəxs isə 24 min (təqribən 45 min manat) qazanacaq. 

Bundan əlavə, qazanılan hər yarım xala görə turnir iştirakçıları 3 min 500 avro (təqribən 6500 manat) alacaqlar.

Qeyd edək ki, turnirin 2-25 aprel tarixlərində keçirilməsi planlaşdırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right