Azərbaycan çempionatında 9-cu turun oyun cədvəli müəyyənləşdi

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 9-cu turun oyun proqramı müəyyənləşib.

Newsport.az xəbər verir ki, görüşlər yanvarın 16-da Bakı və Gəncə şəhərlərində baş tutacaq.

Ev oyunlarını Gəncə Olimpiya İdman Kompleksində keçirən “Gəncə”nin budəfəki qonağı “Abşeron” olacaq. Matç saat 15:00-da başlayacaq.

Bakıda UNEC öz meydanında “Murov Az Terminal”ı, “Azərreyl” isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Hər iki görüşə saat 18:00-da start veriləcək.

Hazırda “Azərreyl” 19 xalla turnir cədvəlinə başçılıq edir. “Abşeron” 18 xalla ikinci, “Murov Az Terminal” 17 xalla üçüncü pillədə qərarlaşıb. Hesabında 12 xal olan “Gəncə” dördüncüdür. Beşinci sıradakı “Milli Aviasiya Akademiyası”nın 6 xalı var. Sonuncu yerdə qərarlaşan UNEC-in isə xalı yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right