Basketbol Liqası: “Sərhədçi” səfərdə qalib gəldi

Azərbaycan Basketbol Liqasında 10-cu turun daha bir oyunu keçirilib.

Newsport.az xəbər verir ki, günün yeganə matçında “Cəlilabad” “Sərhədçi”ni qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib – 97:92. Xallarının sayını 13-ə çatdıran “Sərhədçi” 8-ci pilləyə yüksəlib.

Turun əvvəlki matçlarında “Xəzri” “Neftçi”ni (86:84), “NTD-İndiqo” “Sumqayıt”ı (104:95) məğlub edib. “Şəki” – “Xırdalan” və “Gəncə – “Sabah” görüşləri yanvarın 14-də olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right