Azərbaycanın üç güləşçisi mübarizəyə başlayır

Xorvatiyada güləş üzrə “Zaqreb Open” turniri davam edir.

Newsport.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç güləşçisi turnirdə mübarizəyə başlayacaq.

Yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq), qadınlardan isə Jalə Əliyeva (57 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl bu növdə Sənan Süleymanov (77 kq) qızıl medal əldə edib.

Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin, Alyona Kolesnik (59 kq) də bürünc mükafata sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right