Millimiz bu gün Ukrayna ilə üz-üzə gələcək

Bu gün 20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxacaq.

Newsport.az xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Komandamız ötən gün Estoniyaya uduzub – 0:3.

U-20 turnirdə Latviya və Polşa kollektivləri ilə də qarşılaşacaq.

Yanvarın 14-də başa çatacaq yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right