Millimiz bu gün mübarizəyə başlayır

Bu gün 20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk matçına çıxacaq.

Newsport.az xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Estoniya ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. U-20 turnirdə Latviya, Ukrayna və Polşa kollektivləri ilə də görüşəcək.

Yanvarın 14-də başa çatacaq yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right