“Zaqreb Open”: Azərbaycanın 7 sərbəst güləşçisi bu gün mübarizə aparacaq

Xorvatiyada güləş üzrə “Zaqreb Open” turnirinə bu gün start veriləcək.

Newsport.az-ın məlumatına görə, ilk gündə sərbəst güləşçilər mübarizə aparacaqlar.

Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərlik etdiyi Azərbaycan millisinin heyətində bu gün 7 pəhləvan xalça üzərinə çıxacaq.

Bunlar İslam Bazarqanov (57 kq), Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Qadjiyev (74 kq), Osman Nurmaqomedov və Arseniy Cioyevdir (hər ikisi 86 kq).

Qeyd edək ki, yanvarın 11-də yığmanın digər üzvləri Georgi Meşvildişvili və Vaxit Qalayev (hər ikisi 125 kq), həmçinin qadın güləşçi Gültəkin Şirinova (55 kq) mübarizəyə qoşulacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right