Azərbaycan yığması Polşaya yollandı

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Polşanın Qojuv-Velkopolski şəhərinə yola düşüb.

Newsport.az xəbər verir ki, Səbuhi Əliyevin rəhbərlik etdiyi komanda Latviya, Ukrayna, Estoniya və ev sahibi Polşa kollektivləri ilə üz-üzə gələcək.

Yığmamız ilk matçını yanvarın 11-də Estoniyaya qarşı keçirəcək.

U-20 millimizin heyəti:

Oyunçular: Camal Cəlilov , Rəvan Qəhrəmanlı, Camal Quliyev, Oqtay Qasımov, Rəvan Hüseynli, Əziz İsmayılzadə, Nihad Qasımov, Ramiz Bağırov , Səid Əhmədov, Natiq Nəbiyev, Həsən Xəlilov, Kamil Hüseynli, Riyad Həsənov, Zay Hacıyev.

Qeyd edək ki, 10-14 yanvar tarixlərində baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right