Millimizin üzvü ən yaxşı elan edildi

20 yaşadək qızlar (U-20) arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edən Azərbaycan milli komandasının üzvü Vlada Kavtunova yarışda fərqlənən oyunçular sırasında yer alıb.

Newsport.az xəbər verir ki, yığmamızın liberosu 3-7 yanvar tarixlərində Litvanın Şaulyay şəhərində təşkil olunmuş çempionatda komandamızın heyətində ən yaxşı oyunçu seçilib.

O, təşkilat komitəsi tərəfindən mükafatlandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right