Coşua və Nqannu arasında keçiriləcək döyüşün vaxtı dəyişdirilib. Bunun da səbəbi UFC-dir.
Məlumatı MMA haqqında yazan məşhur jurnalist Mayk Bon yayıb.Onun sözlərinə görə, Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan döyüşün vaxtını martın 8-nə dəyişdiriblər. Təşkilatçılar UFC ilə rəqabət aparmaq istəmirlər. İlkin variantda döyüş mart ayının 9-da olmalı idi.
Xatırladaq ki, həmin vaxt UFC299 gecəsi təşkil ediləcək. Tədbirin əsas döyüşü Şon O`Melli ilə Marlon Vera arasında olacaq.