Mövsümün ikinci yarısına hazırlaşan “Sərhədçi” basketbol komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.
Newsport.az xəbər verir ki, serbiyalı mütəxəssis Vladimir Boşnyakla yollar ayrılıb.
Onu bu postda türkiyəli Evren Alkaya əvəzləyib.
Alkaya həm də qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisidir.
“Sərhədçi” Azərbaycan Basketbol Liqasında 9 oyundan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.