Azərbaycan yığması ilk oyunda məğlub oldu

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Estoniya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma millimizin 0:3 (10:25, 15:25, 22:25) hesablı məğlubiyyəti ilə bitib.

U-20 növbəti günlərdə Latviya, Ukrayna və Polşa ilə də görüşəcək.

Yanvarın 7-dək davam edəcək yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right