Azərbaycan komandası Litvaya yola düşdü

Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edən 20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan komandası bu gün Litvanın Şaulyay şəhərinə yola düşüb.

Newsport.az-ın məlumatına görə, Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv Latviya, Ukrayna, Estoniya, Polşa və ev sahibi Litva kollektivləri ilə üz-üzə gələcək.

Yığmamız ilk matçını yanvarın 3-də Estoniya komandasına qarşı keçirəcək.

Qeyd edək ki, 3-7 yanvar tarixlərində baş tutacaq yarış “AVRO-2024”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right