Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2024-cü ilin yanvar ayı üçün reytinq cədvəlini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, Azərbaycanın kişi şahmatçılarından ən yaxşı göstəricisi Şəhriyar Məmmədyarova (2726) məxsusdur.
O, dekabr ayı ilə müqayisədə 2 pillə irəliləyərək 24-cü sırada qərarlaşıb. Teymur Rəcəbov 2723 xalla əvvəlki kimi 27-ci sıradadır. Arkadi Naydiç (2657) 80-ci, Rauf Məmmədov (2651) 87-cidir.
Azərbaycanın qadın şahmatçılarıından ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2449 xalla 26-cı sıradadır. Ülviyyə Fətəliyeva (2384) siyahıda 64-cü, Gövhər Beydullayeva (2374) 77-ci, Gülnar Məmmədova (2351) 97-ci, Xanım Balacayeva (2350) isə 99-cu pillələrdə yer alıblar.
Dünya reytinqində kişi şahmatçılardan Maqnus Karlsen 2830 xalla birincidir. Qadınlar arasında isə Çinli Yifan Hou (2632) ilk pillədə yer alıb.