Azərbaycan yığma komandasının üzvləri İtaliyanın Venesiya şəhərində WKF növləri üzrə gənclər arasında Karate 1 Liqasında iştirak ediblər.
Newsport.az xəbər verir ki, yarış iki idmançımızın qələbəsi ilə yekunlanıb.
Kata üzrə oğlanlar arasında 14-15 yaş qrupunda çıxış etmiş Salman Salmanov bürünc medal qazanıb. 16-17 yaşlı oğlanlar arasında çıxış edən Fərid Hacızadə (-55 kq kumite) isə gümüş medal əldə edib.